Bank Of Baku

Kərim Vəliyev Türkiyədə “Atəş Sərbəst-2025” təlimində iştirak edir

Kərim Vəliyev Türkiyədə “Atəş Sərbəst-2025” təlimində iştirak edir
# 11 oktyabr 2025 19:11 (UTC +04:00)

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR