Bank Of Baku

Kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi qaydası hazırlanacaq

Kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi qaydası hazırlanacaq
# 27 yanvar 2025 17:10 (UTC +04:00)

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi barədə” imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydasını və müddətini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR