Bank Of Baku

Lənkəranda avtomobil 24 yaşlı piyadanı vurub

Lənkəranda avtomobil 24 yaşlı piyadanı vurub
# 06 dekabr 2024 09:17 (UTC +04:00)

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Xolmili kənd sakini idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən, piyada Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 2000-ci il təvəllüdlü Böyükxanım Şaiq qızı Quliyevanı vurub. Yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər B.Quliyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR