23 saat 48 dəqiqə baş tutan lokal antiterror əməliyyatı zamanı hərbi hissələrimiz böyük şücaət göstərdi.
APA xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, polkovnik Elşad Əbilov deyib.
E.Əbilov bildirib ki, qarşı tərəfin törətdiyi təxribatlara cavab olaraq antiterror əməliyyatı keçirmək qərarı verilib:
“Biz onları ərazidən çıxarmaqla yanaşı, kapitulyasiyaya imza atmağa da məcbur etdik".