Türkiyədə "Erciyes - 2025” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Türkiyədə "Erciyes - 2025” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
# 29 may 2025 14:18 (UTC +04:00)

Türkiyədə "Erciyes - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"

Türkiyə Respublikasının Kayseri şəhərində "Erciyes - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Tədbirdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.

Təlimin gedişatı və tapşırıqlar

Əvvəlcə təlimin ümumi gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara məlumat verilib.
Təlim poliqonunda "Erciyes - 2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.
Təlimdə ölkəmizi təmsil edən ƏÜO-nun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

PUA-ların təqdimatı

Sonda qonaqlara Türkiyə Respublikasında istehsal olunan silah-sursat, təchizat və müxtəlif PUA-lar təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri və imkanları ilə bağlı ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR