Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, bunlar "Tütün və tütün məmulatı haqqında", "Üzümçülük və şərabçılıq haqqında", “Pambıqçılıq haqqında", “Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" qanunlara dəyişikliklərdir.
Dəyişikliklərə əsasən tütün məmulatlarının, şərab və pambıq idxalı və satışı ilə bağlı yeni qadağalar tətbiq olunur. Bundan başqa, “Şah İsmayıl” və “Milli Qəhrəman” Qızıl Ulduzunun tərkibi qızıldan olacaq.
Layihələr səsə qoyularaq qəbul olunub.