Bank Of Baku

Rusiya Quru Qoşunları komandanı: "Azərbaycan tankçıları "Tank biatlonu" yarışında layiqincə çıxış etdilər"

Rusiya Quru Qoşunları komandanı: "Azərbaycan tankçıları "Tank biatlonu" yarışında layiqincə çıxış etdilər"
# 11 avqust 2016 15:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Quru Qoşunlarının baş komandanı, general-polkovnik Oleq Salyukov Azərbaycan hərbçilərinin Rusiyanın Moskva vilayətində keçirilən Beynəlxalq Hərbi Oyunlar çərçivəsində "Tank biatlonu" yarışlarında iştirakını yüksək qiymətləndirib.

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, O. Salyukov Azərbaycanın yarışlarda layiqincə çıxış etdiyini bildirib.

 

Bununla belə, tankçılarımız finala çıxa bilməyiblər. O. Salyukov bildirib ki, ilkin məlumata görə finala Rusiya, Belarus, Qazaxıstan və Çin vəsiqə qazanacaq. Yarımfinalın dəqiq nəticəsi bu gün hakimlər komissiyasının iclasından sonra məlum olacaq.

 

"Tank biatlonu" yarışlarının finalı avqustun 13-də Alabino poliqonunda baş tutacaq. Müsabiqə iyulun 30-dan keçirilir. Yarışlarda 17 ölkədən 54 heyət iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR