Bank Of Baku

Ağstafada körpünün altında hərbi sursat tapılıb

Ağstafada körpünün altında hərbi sursat tapılıb
# 26 yanvar 2017 15:02 (UTC +04:00)

Ağstafa rayonunda körpünün altında partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin  (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qırlı kəndində Həsənsu çayının üzərində yerləşən avtomobil körpüsünün altında 44 ədəd partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron və 1 ədəd əl qumbarası (Diyamkov)) və 1 ədəd 7.62 çaplı patron darağı aşkar edilərək  zərərsizləşdirilməsi üçün götürülüb.

 

Əməliyyat FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR