Bank Of Baku

Bakıda “Rusiya vertolyotları” servis mərkəzinin açılmasına dair müqavilə sentyabrda imzalanacaq

Bakıda “Rusiya vertolyotları” servis mərkəzinin açılmasına dair müqavilə sentyabrda imzalanacaq
# 10 avqust 2016 10:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya vertolyotları” şirkətinin servis mərkəzinin Azərbaycanda açılması ilə bağlı müqavilənin bu ilin sentyabr ayının sonunda ADEX-2016 sərgisi çərçivəsində imzalanması gözlənilir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Rusiya vertolyotları” holdinqinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

Bildirilir ki, şirkət Mi-8/17 tipli mülki helikopterlərə xidmət edəcək. Gələcəkdə isə hərbi helikopterlərə xidmət göstərilməsi nəzərdə tutulur: “Hazırda xarici tərəfdaşlarla sözügedən layihənin forma və quruluşu barədə danışılar aparılır. ADEX-2016 sərgisi çərçivəsində müvafiq razılaşmanın imzalanacağı gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR