Bank Of Baku

Azərbaycan MN: Düşmən bu gecə cəbhədə 5-7 nəfər itki verib

Azərbaycan MN: Düşmən bu gecə cəbhədə  5-7 nəfər itki verib
# 12 fevral 2016 06:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Fevralın 12-ə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.

 

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR