Bank Of Baku

MN erməni silahlı birləşmələrinin pilotsuz uçan aparatının vurulmasının videosunu yayıb

MN erməni silahlı birləşmələrinin pilotsuz uçan aparatının vurulmasının videosunu yayıb
# 25 dekabr 2015 15:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın məhv edilməsi anının videogörüntüsünü yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın guya vurulmadığı barədə erməni tərəfinin iddialarına cavab olaraq Azərbaycan mövqelərinə yaxınlaşan və çəkilişlər etməyə cəhd göstərən düşmən aparatının vurulma anının videogörüntüsü təqdim olunur.

 

Videogörüntüdə PUA-nın kamerasından əldə edilmiş kadrlar da təqdim edilir.

 

Qeyd edək ki, dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR