Bank Of Baku

Azərbaycan və Böyük Britaniyanın hərbi hüquq ekspertləri görüşüb

Azərbaycan və Böyük Britaniyanın hərbi hüquq ekspertləri görüşüb
# 16 sentyabr 2016 11:25 (UTC +04:00)


Bakı-APA. Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirlyinin Hüquq İdarəsində iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

 

APA-nın Müdafiə Nazirlyinin saytına istinadən verdiyi məlumata görə, tədbir zamanı müdafiə sahəsində qanunvericiliklə bağlı təcrübə mübadiləsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, Silahlı Qüvvələrdə hüquq xidmətinin təşkili məsələləri, eləcə də hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üzrə müzakirələr aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR