Bank Of Baku

Azərbaycanın müdafiə sənayesi naziri Koreyanın yeni səfirini qəbul edib

Azərbaycanın müdafiə sənayesi naziri Koreyanın yeni səfirini qəbul edib
# 10 dekabr 2015 10:07 (UTC +04:00)

Bakı – APA. Müdafiə sənayesi naziri Yavər Camalov Koreyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyunu qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Y. Camalov ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

 

Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Səfir Kim Çanq-Qyu səmimi qəbula görə minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR