Bank Of Baku

Bu il xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı sərhəddə tutulub

Bu il xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı sərhəddə tutulub
# 25 dekabr 2015 11:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə bu il dövlət sərhədində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və 1 əcnəbi tutulub.

 

Dövlət Sərhəd Xidmətinin Mərbuat Mərkəzindən APA-ya  verilən məlumata görə, bu barədə bu gün Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

 

Qeyd olunub ki, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb.

 

Qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirildiyi də diqqətə çatıdırlıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR