Bank Of Baku

DSX-nin Hərbi Orkestri hərbi qulluqçularının mərasim geyim formaları təsdiqlənib

DSX-nin Hərbi Orkestri hərbi qulluqçularının mərasim geyim formaları təsdiqlənib
# 14 oktyabr 2015 05:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestri hərbi qulluqçularının mərasim geyim və əşya əmlakı ilə təchizatının norması”nı təsdiqləyib.

 

APA-nın məlumatına görə, DSX-nin Hərbi Orkestri hərbi qulluqçuları geyilmə müddəti 2 il olan bir dəst dəniz dalğası rəngli furajka (qadınlar üçün şlyapa), dəniz dalğası rəngli kitel (yaxasında sarı rəngli naxış,  akselbantla), dəniz dalğası rəngli şalvar (kənarlarında sarı rəngli kant), qara rəngli şalvar qayışı, bir ədəd ağ rəngli əlcək, geyilmə müddəti 1 il olan 2 ədəd ağ rəngli köynək və dörd cüt qara rəngli corab, geyilmə müddəti 3 il olan 1 ədəd dəniz dalğası rəngli qalstuk (qızılı rəngli sıxacla) ilə təchiz olunacaqlar.

 

Hərbi Orkestrin hərbi qulluqçularına geyilmə müddəti 2 il olan bir cüt qara rəngli yay tuflisi də veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR