Bakı - APA. Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, DSX-nın aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor İsmayıl Bayram oğlu Əkbərova
general-mayor İlham İsmayıl oğlu Mehdiyevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Elşən Ələkbər oğlu Verdiyevə