Bank Of Baku

Erməni silahlı bölmələri atəşkəsi 20 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəsi 20 dəfə pozub
# 22 oktyabr 2016 07:52 (UTC +04:00)

Bakı – APA. Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

 

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Nəmirli, Şuraabad kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR