Ermənilər atəşkəs rejimini 110 dəfə pozub

Ermənilər atəşkəs rejimini 110 dəfə pozub
# 23 yanvar 2016 07:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusu İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Paravakar kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.

İşğalçılar Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR