Bakı. Hafiz Heydərov - APA. Dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Dinc əhalinin yaşadığı kəndləri atəşə tutan düşmənin işğal olunmuş ərazilərdəki yaşayış məntəqələrində yerləşən döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək", - deyə açıqlamada bildirilir.