Bank Of Baku

Füzuli rayonunda xeyli mərmi və mina tapılıb

Füzuli rayonunda xeyli mərmi və mina tapılıb
# 24 yanvar 2017 11:20 (UTC +04:00)

Füzuli rayonu ərazisində xeyli sayda partlamamış hərbi sursat (PHS) tapılıb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Alxanlı kəndi ərazisindəki otlaq sahəsində 24 ədəd 82 mm-lik minaatan mərmisi (O-832), 4 ədəd PQ-9 raketinin gilizi, 1 ədəd 122 mm-lik top mərmisi (OF-462P), 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26), 18 ədəd 5.45 çaplı patron, 25 ədəd mina (23 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) və 2 ədəd piyada əleyhinə mina (OZM-72)) aşkar edilib.

 

Daşınması mümkün olmadığına görə PHS-lər yerində zərərsizləşdirilib, nəticə etibarilə 2100 kv.m ərazi yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR