Bakı – APA. Londonda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya baş nazirinin xüsusi elçisi, Lordlar Palatasının üzvü baronessa Emma Harriet Nikolsonla görüşüb.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
Söhbət əsnasında həmçinin münasibətlərin gələcək perspektivləri müzakirə edilib.