Bank Of Baku

MN: Atəşkəs iriçaplı pulemyotlarla 20 dəfə pozulub

MN: Atəşkəs iriçaplı pulemyotlarla 20 dəfə pozulub
# 24 oktyabr 2016 07:18 (UTC +04:00)

Bakı-APA. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR