Bank Of Baku

Müdafiə Nazirliyi Beyləqanda dövlət ehtiyacları üçün torpaq alacaq

Müdafiə Nazirliyi Beyləqanda dövlət ehtiyacları üçün torpaq alacaq
# 13 fevral 2017 15:12 (UTC +04:00)

Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar verib.

 

APA-nın məlumatına görə, qərara əsasən Beyləqan rayonunun Milabad qəsəbəsində “Mil-Qarabağ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Mil" üzüm emalı zavodunun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 9,71775 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində 12422,9 kvadratmetr ərazidə yerləşən bina və qurğuları dövlət ehtiyacları üçün alan orqan Müdafiə Nazirliyi müəyyən edilib.

 

Müdafiə Nazirliyi göstərilən torpaq sahəsinin, üzərindəki bina və qurğuların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tələblərinə uyğun olaraq həyata keçirməli və Nazirlər Kabinetinə müvafiq təkliflərini təqdim etməlidir.

 

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR