Bank Of Baku

NATO ekspertləri Bakıda seminar keçirirlər

NATO ekspertləri Bakıda seminar keçirirlər
# 13 oktyabr 2015 16:40 (UTC +04:00)

Bakı - APA. Bakıda NATO-nun Standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən keçirilən ikigünlük seminar çərçivəsində NATO-nun Standartlaşdırma ofisinin direktoru, general-mayor Edvadas Majeikasın (Litva Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq, habelə NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat verəcək.
 

Səfər çərçivəsində həmçinin mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR