Bakı-APA. Makedoniyanın Skopye şəhərində NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü keçirilir.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, tədbir oktyabrın 21-dək davam edəcək.
Bu gün həmçinin İtaliyanın Brindizi şəhərində Amfibiya Qüvvələri üzrə ekspert görüşü, Latina şəhərində maddi-texniki təminat sahəsində məruzələr üzrə təməl kursu başlanıb.
Bundan başqa, oktyabrın 17-dən 23-dək Slovakiyanın Zemyanske Kostolani şəhərində "İlkin kütləvi qırğın silahları ilə mübarizə" kursu, oktyabrın 17-dən 27-dək Litvanın Kaunas şəhərində qərargah tibb zabitləri üçün təməl kursu, oktyabrın 17-dən 28-dək Çexiyanın Vişkov şəhərində sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.