Bank Of Baku

Ombudsman Aparatı nümayəndələri hərbi dənizçilərlə görüşüb

Ombudsman Aparatı nümayəndələri hərbi dənizçilərlə görüşüb
# 17 fevral 2017 08:32 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki hərbi hissələrdə  “Ombudsman  təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar şəxsi heyətlə görüş keçirilib. 
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun Ombudsman Aparatının hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev ilə görüşü keçirilib.
 

Gəmilərin komandir və rəis heyətinin də iştirak etdiyi tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.
 

Sonra qonaqlar gəmilərdə şəxsi heyətin sosial məişət şəraiti ilə tanış olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR