Bank Of Baku

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanın haqq işinə kömək etməyə hazır olduqlarını bildirib

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanın haqq işinə kömək etməyə hazır olduqlarını bildirib
# 14 yanvar 2016 14:53 (UTC +04:00)

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, admiral M. Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın, sonra Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.
 

Daha sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z. Həsənov qonaqları salamlayaraq Azərbaycan və Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.
 

Görüşdə Dağlıq Qarabağ münaqişəsində Pakistanın Azərbaycanı dəstəklədiyi və Azərbaycan xalqının haqq işinə kömək etməyə hazır olduğu xüsusi bildirilib. 
 

Tərəflər Azərbaycan və Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətlərini müzakirə edib, döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, terrorizmə qarşı mübarizədə müştərək əməkdaşlığın, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin artırılmasının vacibliyini xüsusi vurğulayıblar.
 

Səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR