Bank Of Baku

Qoşunların təmas xəttindəki hərbi hissədə “Açıq qapı” günü keçirilib

Qoşunların təmas xəttindəki hərbi hissədə “Açıq qapı” günü keçirilib
# 31 dekabr 2015 12:28 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı - APA. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bu gün qoşunların təmas xəttinin Tərtər istiqamətində yerləşən “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirilib.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti əsgərlərin ailələri və yaxınları da iştirak ediblər.

 

Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişət şəraiti ilə şəraitlə tanış olublar.

 

Əsgər valideynləri övladları ilə görüşüb, ön xəttə xidmət edən əsgərlər üçün yaradılan şəraitdən məmnun qalıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR