Ağdam. Ziya Əmirxanlı - APA. 2014-cü ilin oktyabrın 9-da qoşunların təmas xəttinin Ağdam rayon istiqamətində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 24 yaşlı kiçik çavuş Tural Əhmədovun bu gün anım mərasimi keçirilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, anım mərasimi şəhidin ailəsinin məskunlaşdığı "Dörd yol-1" qəsəbəsində keçirilib.
Anəm mərasimində müdafiə naziri Zakir Həsənovun sərəncamı ilə "Xidmətdə fərqlənməyə görə" III dərəcəli medal onun ailəsinə təqdim olunub.
Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani medalı şəhidin 7 aylıq oğlu Tural Əhmədovun sinəsinə sancıb.
Tədbirdə Müdafiz Nazirliyinin yüksək rütbəli hərbçiləri, rayon rəsmiiləri və ictimaiyyəti iştirak ediblər.
Şəhidin anası Kifayət Əhmədova APA-ya bildirib ki, oğlu ailə həyatı qurandan 9 ay sonra ölüb: "Oğlumun ölümündən sonra dünyaya gələn nəvəmə atasının adını qoydum. İnanıram ki, oğlum Turalın qisası alınacaq. Nəvəm Tural məni işğal altında olan Qiyaslı kəndinə aparacaq".