Bank Of Baku

Şəxsi heyətlə iş üzrə zabitlərin xidməti müşavirəsi keçirilib

Şəxsi heyətlə iş üzrə zabitlərin xidməti müşavirəsi keçirilib
# 21 avqust 2015 13:28 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müşavirəni Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev açaraq Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi ilə əlaqədar görülən işlər və şəxsi heyətlə iş üzrə zabitlərin qarşısında duran vəzifələr barədə danışıb.

 

Müşavirədə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görülən işlər, hərbi intizamın təhlili və digər məsələlər barədə çıxışlar dinlənilib.

 

Yekunda general-mayor R.Əliyev zabitlərin suallarını cavablandırıb, onlara Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində tapşırıq və tövsiyələrini çatdırıb.

 

Xidməti müşavirənin iştirakçıları şəxsi heyətlə birlikdə nahar ediblər.

 

Digər hərbi qarnizonlarda da xidməti müşavirələrin keçirilməsi planlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR