Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib
# 09 sentyabr 2024 10:43 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir kİ, başsağlığında deyilir:

"Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm.
Ruhları şad, xatirələri əziz olsun.
Allah rəhmət eləsin".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR