Paşha Bank
Bank Of Baku

Dövlət informasiya sistemlərinin özəl sektorla inteqrasiyası genişləndiriləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Əliyev

© APA | İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Əliyev

# 22 oktyabr 2026 10:54 (UTC +04:00)

Azərbaycanda dövlət informasiya sistemlərində formalaşan məlumatların özəl sektor üçün əlçatanlığının genişləndirilməsi nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Əliyev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Onun sözlərinə görə, dövlət informasiya sistemlərinin inteqrasiyası yalnız dövlət qurumları arasında məlumat mübadiləsini deyil, gələcəkdə özəl şirkətlərin də bu imkanlardan yararlanmasını əhatə etməlidir.

Ş. Əliyev qeyd edib ki, hazırda Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət qurumları arasında məlumat mübadiləsi həyata keçirilir.

“Növbəti mərhələdə özəl sektor üçün də bu cür inteqrasiya imkanlarının təmin edilməsini düşünürük. Bazarda fəaliyyət göstərən texnologiya şirkətləri süni intellekt əsaslı həllər hazırlayır və müəssisələrin daxili proseslərinin avtomatlaşdırılması istiqamətində çalışırlar”, – deyə o bildirib.

Agentlik rəsmisi vurğulayıb ki, Azərbaycanda milli məlumat məkanının formalaşdırılması istiqamətində də işlər aparılır.

Onun sözlərinə görə, bu təşəbbüs müxtəlif dövlət qurumlarında formalaşan məlumatların təhlükəsiz mübadiləsini təmin etməyə, məlumatlara əsaslanan qərarların qəbulunu sürətləndirməyə və dövlət xidmətlərinin səmərəliliyini artırmağa imkan verəcək.

Ş. Əliyev əlavə edib ki, rəqəmsal inkişafın əsas istiqamətləri dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellektin tətbiqi, innovasiya ekosisteminin gücləndirilməsi və kibertəhlükəsizliyin təmin edilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR