Bank Of Baku

Masahiko Metoki: Azərbaycan UPU-nun hər iki komitəsində təmsilçilik qazanan azsaylı ölkələrdəndir

UPU-nun Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki

© APA | UPU-nun Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki

# 07 oktyabr 2026 11:46 (UTC +04:00)

Azərbaycanın Ümumdünya Poçt İttifaqının (UPU) iki əsas şurasında yer qazanması mühüm nəticədir.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında UPU-nun Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki bildirib.

O qeyd edib ki, Azərbaycan UPU-nun həm Administrasiya Şurasında (Council of Administration), həm də Poçt Əməliyyatları Şurasında (Postal Operations Council) təmsil olunur.

“Bu seçkilərdə qalib gəlmək asan deyil, lakin Azərbaycan hər iki şurada yer qazandı. UPU-nun 192 üzv ölkəsi arasında təxminən 30 ölkə hər iki şurada təmsil olunur”, – M. Metoki bildirib.

Poçt sektorunda elektron ticarət, rəqəmsallaşma və müştəri gözləntilərinin dəyişməsi fonunda gedən transformasiyaya toxunan UPU rəhbəri bildirib ki, ənənəvi məktub göndərişlərinin həcmi azalsa da, sektor üçün yeni gəlir imkanları yaranır.

Onun sözlərinə görə, xüsusilə bağlama göndərişlərinin artması və məlumatlardan (data) istifadə poçt operatorları üçün yeni imkanlar açır.

M. Metoki hesab edir ki, poçt operatorları rəqəmsal imkanlardan və məlumatlardan daha fəal istifadə etməklə mövcud fiziki poçt şəbəkəsinin potensialını artırmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR