15 iyun - Milli Qurtuluş Günü münasibətilə Gəncə Filarmoniyası konsert proqramı nümayiş etdirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Gəncə Filarmoniyası konsert proqramı nümayiş etdirib
# 15 iyun 2024 12:37 (UTC +04:00)

15 iyun - Milli Qurtuluş Günü Gəncə Şəhər İcra Hakimiyyəti, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə layihəsi təqdim olunub.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, yay zalında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram konsertində Sənan Cavadovun rəhbərlik etdiyi “Xəmsə” Rəqs Ansamblının, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi, o cümlədən Əməkdar artist Kəmalə Tağıyeva, filarmoniyanın solistləri Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədovun çıxışları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR