Moskvada güclü qasırğa nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

Moskvada güclü qasırğa nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB
# 20 iyun 2024 17:36 (UTC +04:00)

Rusiya paytaxtında güclü qasırğa nəticəsində iki nəfər həyatını itirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu günorta saatlarında paytaxtın şimal hissəsində bir nəfər kişi külək və leysan yağış zamanı aşan ağacın altında qalaraq ölüb.

Digər bədbəxt hadisə isə Moskvanın mərkəzində baş verib. Belə ki, daha bir paytaxtı sakini güclü qasırğa nəticəsində uçan inşaat taxtasının altında qalaraq həyanı itirib.

Qeyd edək ki, bu gün Moskva və ətraf ərazilərdə güclü külək və leysan yağışla müşaiyət olunan qasırğa baş verib. Moskva hakimiyyəti sakinlərə müraciət edərək küçələrə çıxmamağı tövsiyyə edib.

Sinoptiklərin bildirdiyinə görə, paytaxtda tufan, yağış və 23 m/s-dək güclənən külək saat 22:00-dək davam edəcək.

***

14:40

Moskvada qasırğa başlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, güclü külək və yağışla müşaiyət olunan qasırğa səbəbindən Moskva hakimiyyəti sakinlərə müraciət edib.

Müraciətdə sakinlərdən küçələrə çıxmamaqları tövsiyyə olunub.

Sinoptiklərin bildirdiyinə görə, paytaxtda tufan, yağış və 23 m/s-dək güclənən külək saat 22:00-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR