Bəstəkar Mobil Babayev vəfat edib

Bəstəkar Mobil Babayev vəfat edib
# 10 noyabr 2023 10:21 (UTC +04:00)

Bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Mobil Babayev vəfat edib.

Bu barədə APA-ya onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

Bəstəkar dünən gecə vəfat edib.

Onunla vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Mobil Babayev daha sonra Yasamal qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində anadan olub.

Mobil Babayev 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasından məzun olub və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənib.

1973-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərib.

Azərbaycan bəstəkarları arasında Mobil Babayev iki yeni musiqi janrının yaradıcısı hesab olunur ki, bunlar da alt və orkestr (kamera, simfonik) üçün konsert və estrada orkestri üçün konsert janrıdır.

Bəstəkar, həmçinin, “Babamızın babasının babası”, “Mezozoy əhvalatı” da daxil olmaqla, 100-ə yaxın film, o cümlədən, bədii-sənədli, elmi-kütləvi və animasiya filmləri üçün də musiqi yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR