Rusiya XİN başçısı: "Ukrayna silahlı qüvvələri öz xalqına qarşı vuruşduğu üçün məğlub olurlar"

Rusiya XİN başçısı: "Ukrayna silahlı qüvvələri öz xalqına qarşı vuruşduğu üçün məğlub olurlar"
# 29 avqust 2014 12:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Ukraynada münaqişə başlayandan Qərb bizi günahlandırır. Amma əllərində heç vaxt sübut olmayıb, ortalığa fakt qoya bilməyiblər. Bir müddət əvvəl guya kosmosdan çəkilmiş bir fotonu sübut kimi göstərmək istədilər. Məlum oldu ki, bu kompüter oyunundan götürülmüş kadrdır. İndi də yenə hardansa bir foto götürüb, bizim Ukraynaya qoşun yeritdiyimizi iddia edirlər".

APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Qərbin Rusiyanı Ukraynaya qoşun yeritməkdə günahlandırması Donbasda döyüşən könüllü dəstələrin uğuru ilə əlaqədardır.

Rusiya XİN başçısı Ukrayna hökumətini öz xalqına qarşı güc tətbiq etməkdə günahlandırıb: "Könüllülər Ukrayna silahlı qüvvələrini sadə vətəndaşların həyatını xilas etmək üçün ərazidən çıxarır Könüllülərin qələbəsinin və Ukrayna silahlı qüvvələrinin məğlubiyyətinin səbəbi var. Ukrayna silahlı qüvvələri öz xalqına qarşı vuruşur. Onlar bunu könülsüz edirlər. Ona görə də uğursuzluğa düçar olurlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR