Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması kəskin azalıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması kəskin azalıb
# 27 dekabr 2012 15:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 21 mln. ton yük və 2,5 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə yük daşınması 2011-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,2% artıb, sərnişin daşınması isə 21,9% azalıb: «Orta hesabla sutkada 691 vaqon yüklənib, 562 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 27,5 min ton, Qərb istiqaməti üzrə 6,5 min ton və Cənub istiqaməti üzrə 4,3 min ton yüklənmə işi yerinə yetirilib.

Hesabat dövründə dəmir yolu nəqliyyatında yük dövriyyəsi 5,2% artaraq 7,6 mln. ton/km, sərnişin dövriyyəsi isə 9,5% azalaraq 554,6 mln. sərnişin/km təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR