Liviyada silahlılar 15 hərbçini qətlə yetirib

Liviyada silahlılar 15 hərbçini qətlə yetirib
# 05 oktyabr 2013 17:31 (UTC +04:00)

Bakı-APA. Liviyada silahlılar hərbi qarnizona hücum edərək 15 hərbçini qətlə yetirib, 5 nəfəri isə yaralayıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, hücum Bani Valid şəhərindən 60 km aralıda yerləşən Viştata rayonunda qeydə alınıb.

Məlumata görə, pulemyotlarla silahlanmış şəxslər bir neçə avtomobildə posta yaxınlaşaraq onu gülləbaran edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR