Azərbaycanlı alim Moskvada keçirilmiş beynəlxalq konfransda çıxış edib

Azərbaycanlı alim Moskvada keçirilmiş beynəlxalq konfransda çıxış edib
# 10 iyun 2014 12:04 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, hüquq elmləri doktoru Habil Qurbanov iyunun 5-dən 6-dək Rusiyanın paytaxtı Moskvada keçirilmiş “Qanunvericilik, informasiya hüququ və informasiya təhlükəsizliyinin sistemləşdirilməsi ilə bağlı aktual problemlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

İnstitutdan APA-ya verilən məlumata görə, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Hüquqi İnformasiya Elmi Mərkəzinin təşkil etdiyi konfransa Belarus, Ukrayna, Dağıstan, Azərbaycan və digər ölkələrdən alim və mütəxəssislər qatılıb.

Tədbirdə Habil Qurbanov “Azərbaycanda qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin aktual problemləri” adlı məruzəsi ilə çıxış edib. O, məruzəsində xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da ailə məsələləri ilə bağlı xüsusi məhkəmələrin yaradılmasının, ailə məsələləri üzrə müvəkkilin (ombudsman) təsis edilməsi məsələsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR