Berlində Ukraynaya dair razılaşma paketi əldə edilib

Berlində Ukraynaya dair razılaşma paketi əldə edilib
# 02 iyul 2014 19:56 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə görüşün yekunlarını şərh edən Almaniyanın xarici işlər idarəsinin başçısı Valter Ştaynmayer deyib.

Görüşün konstruktiv şəkildə keçdiyini bildirən V.Ştaynmayer əmin olduğunu bildirib ki, birgə səylərlə vəziyyətin gərginləşməsinin qarşısı alınacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada barışıq haqqında deklarasiya barədə tərəflərin bir araya gəlməsini təsdiqləyib: “Ukraynada barışığın əldə edilməməsi insan həyatı ilə ölçülür. Odur ki, barışığa gəlmək heç vaxt gec deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR