DİN İsmayıllıda körpünün uçması ilə bağlı məlumat yayıb

DİN İsmayıllıda körpünün uçması ilə bağlı məlumat yayıb
# 12 sentyabr 2013 11:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi İsmayıllıda körpünün uçması ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 11-də saat 23.40 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun 3-cü km-də, İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisindəki körpünün üstündən “Shachman” markalı avtomaşın keçərkən körpü uçub. Nəticədə xəsarət alan olmayıb.

Avtomobillərin hərəkətində alternativ kimi Göyçay-Bığır-İvanovka-İsmayıllı yolundan istifadə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR