Çində İran və Rusiya prezidentləri arasında görüş keçirilib - FOTOSESSİYA

Çində İran və Rusiya prezidentləri arasında görüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 21 may 2014 12:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün Şanxayda İran və Rusiya prezidentləri arasında görüş keçirilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani və Vladimir Putin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələləri müzakirə ediblər.

H.Ruhani bildirib ki, Rusiya İranla yalnız qonşu və dərin tarixi əlaqələrə malik olan bir ölkə deyil: “Şübhəsiz, iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın inkişaf etdirilməsi regionda təhlükəsiz zonanın yaradılmasına yol açacaq. Məhz bölgədə sülhün bərqərar olması üçün son bir neçə ay ərzində İran və Rusiyanın həmfikir olması və əməkdaşlığı çox səmərəli olub. Hər iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi üçün mütəxəssislər səviyyəsində bir çox məsləhətləşmələr həyata keçirilib. İranla Rusiya arasında əlaqələrin inkişafından yalnız bu iki dövlət və xalq deyil, bəlkə də regionun bütün xalqları faydalanacaq”.

V.Putin isə öz növbəsində deyib ki, İranla Rusiyanı dərin qonşuluq əlaqələri bağlayır və bir-biri üçün etibarlı tərəfdaşdırlar: “Hətta hər iki ölkənin mövqeyi də beynəlxalq böhranın yaşandığı vəziyyətlərdə üst-üstə düşüb. İranla Rusiya birgə layihələrini davam etdirirlər. Ancaq bununla belə, hər iki ölkədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. İranla Rusiya Xəzər regionundakı sabitlik, təhlükəsizlik və inkişafı qorumaq üçün böyük məsuliyyət daşıyırlar və bu da hər iki ölkənin gündəmindəki mühüm iş hesab oluna bilər”.

Qeyd edək ki, İran prezidenti mayın 20-də Çinə ikigünlük səfərə yola düşüb. H.Ruhani Çin Xalq Respublikasının prezidenti tərəfindən mayın 20-22-də Şanxay şəhərində keçirilməsi planlaşdırılan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) dövlət başçılarının dördüncü zirvə toplantısına qatılması məqsədilə bu ölkəyə səfərə dəvət edilib. İran prezidenti səfər çərçivəsində sammitdə çıxış edib, onun Çin Xalq Respublikasının prezidenti Şi Jin Ping və Mərkəzi Asiya ölkələrinin bir sıra dövlət başçıları ilə görüşlər keçirəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR