Bakıda bazarın qarşında meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB

Bakıda bazarın qarşında meyiti tapılan qadının kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 31 mart 2015 13:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1952-ci il təvəllüdlü Vera İvanovna Cəfərova olduğu məlum olub.

Ölümün səbəbi keçiriləcək məhkəmə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

***

14.46

Bakı. Fuad Cəfərov - APA. Bakıda küçədə qadın meyiti aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyit bu gün günorta saatlarında “Montin” bazarının qarşısında aşkarlanıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR