Təhsil Nazirliyinin Kollegiyasının tərkibi təsdiqlənib

Təhsil Nazirliyinin Kollegiyasının tərkibi təsdiqlənib
# 21 avqust 2014 13:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Kollegiyasının sayı 5 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri təhsil naziri Mikayıl Cabbarov, Kollegiyanın üzvləri təhsil nazirinin müavinləri Ceyhan Bayramov, Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Təhsil Nazirliyi Aparatının rəhbəri Mətin Eynullayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR