Bank Of Baku

Astarada 5 kəndin qazsız qalmasına səbəb olan qəzanın təfərrüatları məlum olub - YENİLƏNİB

Astarada 5 kəndin qazsız qalmasına səbəb olan qəzanın təfərrüatları məlum olub - YENİLƏNİB
# 22 noyabr 2026 11:35 (UTC +04:00)

Astarada 5 kəndin qaz təchizatının dayandırılmasına səbəb olan yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarından keçən qaz xəttinə çırpılıb. Qaz xəttinin zədələnməsi səbəbindən 5 kəndin qaz təchizatında fasilə yaranıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

11:05

Astara rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib, 5 kəndin qaz təchizatında fasilə yaranıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı qəsəbədən keçən qaz xətti zədələnib. Nəticədə Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR