MTRŞ-da Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilib

MTRŞ-da Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilib
# 23 iyul 2015 14:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilib. MTRŞ-dan APA-ya verilən xəbərə görə, görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət müzakirə olunub, yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.

Görüşdə kabel şəbəkəsi yayımçıları tərəfindən bir sıra hallarda xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanıb.

Kabel şəbəkəsi yayımı sahəsində bəzi tənzimləmə məsələlərinə MTRŞ-nın növbəti iclasında baxılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR