Serbiya parlamentinin vitse-spikeri: "Seçkilər şəffaflıq və dözümlülük şəraitində keçirilb" - FOTO - VİDEO

Serbiya parlamentinin vitse-spikeri: "Seçkilər şəffaflıq və dözümlülük şəraitində keçirilb" - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 noyabr 2015 10:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Serbiya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, Serbiya parlamentinin vitse-spikeri Vladimir Marinkovic bildirib ki, 5 nəfərdən ibarət müşahidə missiyası Bakıda yerləşən 6 seçki məntəqəsində müşahidə aparıb. Onun sözlərinə görə, seçkilər sakit, şəffaf və demokratik şəraitdə keçirilib: "Bu, Azərbaycanda sabitliyin və inkişafın bir nümunəsidir. Bizim yanaşmamız ondan ibarətdir ki, bu seçkilərdə insan haqları və demokratiya prinsipləri gözlənilib, beynəlxalq standartlara əməl edilib".

O, müşahidə zamanı həm namizədlər, həm də seçicilərlə ünsiyyətdə olduqlarını, bülletenlərin sayılması prosesini müşahidə etdiklərini qeyd edib: "Seçkiləri beynəlxalq təşkilatlar, Avropa və Asiya ölkələrinin nümayəndələri müşahidə ediblər. Onlarla da ünsiyyətdə olarkən bir daha əmin olduq ki, bu seçkilər şəffaflıq və dözümlülük şəraitində keçirilib. Hesab edirik ki, bu, Azərbaycanda demokratiyanın inkişafından xəbər verir. Biz ümid edirik ki, yeni formalaşan parlament sayəsində ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR