Bu gün Vyanada Minsk Qrupunun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq

Bu gün Vyanada Minsk Qrupunun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq
# 11 iyul 2016 07:13 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bu gün Vyanada ATƏT-in Minsk qrupu üzvlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq.

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dünən öz “Twitter” səhifəsində yazıb.

“Sabah (bu gün –APA) ATƏT-in Minsk Qrupunun həmsədrləri Minsk Qrupu üzvlərini Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələri və növbəti addımlar barədə məlumatlandıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR