Bank Of Baku

Dövlət Agentliyi ilə “Azneft” İstehsalat Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Dövlət Agentliyi ilə “Azneft” İstehsalat Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
# 05 noyabr 2026 14:18 (UTC +04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rəhbər heyəti arasında görüş keçirilib.

Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Agentliyin rəisi İsmayıl Nəsirov və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Məmməd Bağır-zadə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru İlqar Əlizadə, eləcə də aidiyyəti qurumların rəhbər heyəti və nümayəndələri iştirak ediblər.

Görüş zamanı təhlükə potensiallı obyektlərdə sənaye təhlükəsizliyinin təmin edilməsi, həmin obyektlərdə istismar olunan qurğu və avadanlıqların təhlükəsiz istismarına nəzarətin gücləndirilməsi, bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində qonaqlar İnstitutun fəaliyyəti, peşəkar mütəxəssis heyətinin iş təcrübəsi və beynəlxalq standartlara cavab verən maddi-texniki bazası ilə tanış olublar. İnstitutun əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşün yekununda tərəflər arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, aktual məsələlərin operativ müzakirəsi və həlli, eləcə də birgə fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərara alınıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR